Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Balon angioplastikası və stentqoyma

Aşağı ətrafların balon angioplastikası və stentqoyma proseduru – aşağı ətrafların arteriyasının patologiyası zamanı ən çox tətbiq edilən endovaskulyar müdaxilədir ki, damarlarda qan dövranını bərpa etməyə imkan verir. Həmin müdaxilə xüsusi avadanlıqla təchiz olunmuş rentgen-əməliyyat otağı şəraitində aparılır. Açıq əməliyyat və narkoz tələb etməyən bu prosedurlar ən mülayım metod sayılaraq, orqanların zədələnməməsi ilə fərqlənir. Prosedur yerli anesteziya ilə tam ağrısız keçir. Bu əməliyyat xüsusi balon kateterləri və stentlərin köməyi ilə arteriyalarda yaranan daralmaları genişləndirməyə imkan verir. Metodun məğzi ondan ibarətdir ki, kiçik bir iynə dəliyi ilə arteriyaya nazik borucuq (kateter) yeridilir və rentgen şüalarının nəzarəti altında damarın daralmış və ya qapanmış nahiyəsinə çatdırılır. Bundan sonra xüsusi genişləndirici balon vasitəsilə aterosklerotik tıxaclar aralanır və nəticədə damarda qan dövranı bərpa olunur. Sonra isə əldə edilən nəticəni saxlamaq üçün damara metal karkas – stent qoyulur.

Aşağı ətrafın balon angioplastikasının üstünlükləri:
- Prosedur kəsiksiz, dəridə açılan iynə dəliyindən aparılır və bütün manipulyasiyalar bu yolla icra edilir;
- Ümumi narkoza ehtiyac yoxdur, bütün prosedurlar yerli anesteziya ilə aparılır. Sabahısı gün, bəzən isə elə həmin gün xəstə yataqdan durub sərbəst gəzə bilər;
- Balon angioplastikasının ağırlaşma riski açıq əməliyyatdakından qat-qat aşağıdır;
- Endovaskulyar əməliyyat daha az vaxt aparır;
- Proseduru hətta geniş yara defekti olan xəstələrdə aparmaq mümkündür.
- Процедуру можно проводить у больных с обширными раневыми дефектами.

Əvvəl və Sonra
Fotoqalereya
