Dr. Fərhad Ağayev
Mən diplomlu damar cərrahıyam. Müəllimim demişkən, “cərrahiyyə peşə deyil, həyat tərzidir”. Buna görə də mənim həyatımın məqsədi - Sizin həyatınızı yaxşılaşdırmaqdır. Prinsiplərimiz – məsuliyyətli olmaq, durmadan mükəmməlliyə doğru inkişaf etmək və hər insana fərdi yanaşmaqdır. Səhhətinizlə bağlı istənilən probleminizin həllində Sizə yardımçı olmaq bizim üçün ən böyük sevincdir.
Estetik Mərkəzimiz, tikintisi 2015-ci ildə başa çatmış “Avrasiya” hospitalının bazasında yerləşir. Burada rahat, ürəkaçan mühit yaratmaq üçün əlimizdən gələni əsirgəməmişik. Mərkəzimiz yüksək dünya standartlarına cavab verən innovativ avadanlıqla təchiz olunub. Diaqnostika və müalicə ən müasir texnologiyaların istifadəsilə aparılır.
Özündə bütün poliklinika şöbələrini birləşdirən “Avrasiya” Hospitalı 50 yerlik cərrahiyyə stasionarı, 15 çarpayılıq reanimasiya şöbəsi, 4 cərrahiyyə və 2 angioqrafik aparatla təchiz edilmiş əməliyyat otağı ilə hər zaman xidmətizdədir. Burada ən mürəkkəb cərrahiyyə əməliyyatları aparılaraq, hər bir pasiyentə fərdi şəkildə yanaşılır və 5-ulduzlu səviyyədə xüsusi komfort şəraiti təqdim edilir.
Fərhad Ağayev: Sağlam Damar
Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan








