Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Bel simpatektomiyası
Simpatektomiya bir neçə qanqliyi (düyünü) olan simpatik gövdənin hissəsinin rezeksiyasıdır. Simpatık gövdə - onurğa sütununun yaxınlığından keçən iri sinir gövdəsidir. O, vegetativ sinir sisteminin bir hissəsi olaraq aşağı ətrafların damarlarına öz təsirini göstərir. Bel simpatektomiyası aşağı ətrafda kollateral qan dövranını və mikrosirkulyasiyanı əsaslı və uzunmüddətli şəkildə yaxşılaşdırmaq üçün azsaylı imkanlardan biridir. Əməliyyatın əsas təyinatı – kollateral qan axınının stimullaşdırılmasıdır. Simpatık təsirin qarşısıalındıqda kollaterallar (xırda arterial damarlar) genişlənir, aşağı ətraflarda qan dövranı güclənir və bu çox müsbət nəticə verir.

Əməliyyata göstərişlər:
- Aşağı ətrafların obliterasiya edən aterosklerozu;
- Aşağı ətrafların obliterasiya edən aterosklerozu - aşağı ətrafların arteriyalarında və aortada rekonstruktiv əməliyyatlarla birgə;
- Diabetik angiopatiya;
- Obliterasiya edən endarteriit, trombangiit, qeyri-spesifik aortoarteriit.
Fotoqalereya
